Logo
    main-post-cover

    HMD Pulse smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    16.04.2024
    Farid
         OnLeaks ləqəbli məşhur insayder HMD Global şirkətinin öz brendi altında hazırladığı ilk smartfonun render fotolarını təqdim edib. Söhbət, HMD Pulse adlı smartfondan gedir. Təqdim edilmiş render fotolarda smartfonun həm arxa paneli həm də ön paneli əks olunub. Fotolardan da görmək olar ki, HMD Pulse yastı gövdəni və müvafiq olaraq yastı ekranı əldə edəcək. Ekranın yuxarı mərkəz hissəsində isə kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə düzbucaq formasında kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına əsasən HMD Pulse smartfonu HD+ keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunacaq və özündə 13 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. HMD Pulse-un yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Paylaş