Logo
    main-post-cover

    HMD Ridge 5G smartfonunun render fotosu və texniki imkanları açıqlanıb

    Cihazlar+
    29.12.2024
    Emil
          HMD Global şirkəti öz brendi altında yeni smartfonları üzərində çalışmağa davam edir. İnsayderlər şirkət tərəfindən hazırlanan yeni smartfonlardan birinin render fotosunu və texniki imkanlarını təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən hazırlanan yeni smartfon HMD Ridge 5G adlanacaq. Render fotoya əsasən smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, HMD Ridge 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym ölçülü IPS ekranla təchiz olunacaq. Smartfon Unisoc T760 5G prosessoru vasitəsilə çalışacaq və 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı smartfon özündə 50 MP-lik əsas arxa kamera ilə 20 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. HMD Ridge 5G-nin nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş