Logo
    main-post-cover

    Honor 10 000 mAh-lıq batareyaya sahib smartfon üzərində çalışır

    Cihazlar+
    12.08.2025
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder Honor-un hazırladığı yeni smartfon barəsində məlumatlar verib. Honor da digər Çin istehsalçıları kimi MediaTek-in hələ təqdim olunmamış Dimensity 8500 prosessoru vasitəsilə çalışacaq smartfonları hazırlayır. İnsayder bildirib ki, məlumatda qeyd edilmiş yeni smartfon məhz sözügedən prosessoru əldə edəcək. Lakin hazırlanan bu smartfonun daha bir vacib özəlliyi olacaq.
         Belə ki, insayderin sözlərinə inansaq, Honor-un yeni smartfonu 10 000 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər. Məlumatda qeyd edilib ki, Honor yeni smartfonunun test mərhələsinin sonundadır. Bu isə onun yaxın gələcəkdə təqdim oluna biləcəyinə işarə edir. Bununla belə insayder Honor-un bu yeni smartfonunun adını açıqlamayıb. Qeyd etmək lazımdır ki, hətta bəzi planşetlər belə 10 000 mAh-lıq batareyaya sahib deyillər. Buna görə də bu qədər böyük həcmdə batareyanın smartfona quraşdırılması çox böyük inkişaf addımı olacaq.
    Paylaş