Honor 100 Pro barəsində ilk məlumatlar verilib

Honor 100 Pro barəsində ilk məlumatlar verilib

Mobil Cihazlar
04.09.2023 PAYLAŞIM

    Honor şirkəti qışda Honor 100 smartfon seriyasını təqdim etməlidir. Sözügedən seriyaya adi Honor 100 ilə yanaşı həmçinin Honor 100 Pro da daxil olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Honor 100 Pro-nun bəzi texniki göstəricilərini təqdim edib. Onun sözlərinə əsasən Honor 100 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Üstəlik Honor 90 Pro-dan fərqli olaraq Honor 100 Pro daha böyük həcmli batareyaya sahib olacaq və daha yüksək sürətli şarj texnologiyasını dəstəkləyəcək.

    Belə ki, Honor 100 Pro modeli 5500 mAh enerji tutumlu batareyaya sahib olacaq və 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Honor 90 Pro modeli 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. İnsayder əlavə edib ki, Honor 100 Pro smartfonunun gövdəsi plastik material əvəzinə metal materialdan hazırlanacaq.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×