
Honor 100 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
14.11.2023
Emil
Bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti sonunda Honor 100 smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Honor 100 smartfon seriyası 23 noyabr tarixində təqdim ediləcək. Sözügedən seriyaya minimum 3 smartfon daxil olacaq. Honor 100, Honor 100 Pro və Honor 100 GT. Çox güman ki, şirkət 23 noyabr tarixində yalnız Honor 100 və Honor 100 Pro modellərini, müəyyən müddətdən sonra isə Honor 100 GT modelini təqdim edəcək. Smartfonların OLED ekranla təchiz olunacaqları və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaqları gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
