
Honor 100 smartfon seriyasının təqdimatı artıq çox yaxındır
Cihazlar+
07.11.2023
Emil
Honor şirkəti təqdimata hazırlaşan Honor 100 smartfon seriyasına öz pərəstişkarlarının diqqətlərini çəkməyə davam edir. Şirkətin təqdim etmiş olduğu yeni tizer posterdə sözügedən smartfon seriyasının təqdimat müddətinə işarə edən məlumat əks olunub. Posterdə Honor 100 seriyasının smartfonları əks olunmayıblar. Smartfonların yerinə posterdə dağlar və kiçik ada əks olunublar. Posterin aşağı hissəsində isə 2023.11.2x tarixi əks olunub. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, Honor 100 smartfon seriyası bu ayın 19-dan sonrakı günlərdən birində təqdim ediləcək.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
