Logo
    main-post-cover

    Honor 200 Lite smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.04.2024
    Farid
         Honor şirkəti Avropada Honor 200 smartfon seriyasının ilk modelini təqdim edib. Söhbət, Honor 200 Lite smartfonundan gedir. Honor 200 seriyasının bu ilk modeli böyük ölçülü ekranı, MediaTek prosessoru və 108 MP-lik əsas arxa kamerası ilə seçilir. Beləliklə Honor 200 Lite smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym yastı AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində oval formalı çıxıntı yerləşir.
         Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon MediaTek Dimensity 6080 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralara gəldikdə, Honor 200 Lite 108 MP + 5 MP + 2 MP üçlü arxa kamera və 50 MP-lik ön kamera ilə təchiz olunub. Batareya məsələsində isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Honor 200 Lite qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq Fransada satışa çıxıb və onun qiyməti 330 avro təşkil edir.
    Paylaş