Honor 200 MP-lik kameraya sahib iki yeni smartfon təqdim edəcək
Cihazlar+
21.02.2023
Emil Nəcəfov
Honor şirkəti 200 MP-lik kameraya sahib iki yeni smartfon təqdim etməyi planlaşdırır. 100 MP və ondan daha yüksək göstəricili kameralara sahib smartfonların çoxları tərəfindən tənqid olunmalarına baxmayaraq mobil cihazlar bazarında bu cür smartfonların sayı getdikcə artır. Hal hazırda bazarda 200 MP-lik kameraya sahib çoxlu sayda smartfon mövcuddur. Samsung keçən il 200 MP-lik yeni kamera sensorunu təqdim etmişdi. Fevral ayının əvvəlində təqdim edilmiş Galaxy S23 smartfon seriyasına daxil olan Galaxy S23 Ultra modeli isə həmin kamera sensorunu əldə etdi.
200 MP-lik kameraya sahib smartfonlar siyahısına həmçinin Xiaomi 12T Pro, Redmi Note 12-nin iki xüsusi versiyası, Motorola Edge 30 Ultra, Infinix Zero Ultra və s. smartfonlar daxildirlər. Məlumatda qeyd edilib ki, Honor şirkəti Samsung-un ISOCELL HP3 adlı 200 MP-lik kamera sensoruna sahib iki yeni smartfonunu təqdim edəcək. Smartfonlardan biri Sunny, digəri isə Mars kod adına sahibdir. Ola bilər ki, sözügedən smartfonlar bazara Honor 90 və Honor 90 Pro adları ilə satışa çıxsınlar. Honor şirkətinin 200 MP-lik kameraya sahib iki yeni smartfonunu nə zaman təqdim edəcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!