main-post-cover

    Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar

    Cihazlar+
    24.05.2024
    Emil Nəcəfov
         Honor şirkəti 27 may tarixində Çində Honor 200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Honor 200 və Honor 200 Pro modelləri daxil olacaqlar. Son günlərdə bu smartfonlar barəsində bir sıra məlumatlar ortaya çıxıblar. Onların hansı xarici görünüşə sahib olacaqları da artıq məlumdur. İndi isə internetdə Honor 200 smartfonlarının texniki imkanları barəsində ətraflı məlumatlar ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Honor 200 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym OLED ekranla təchiz olunacaq və Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq.
         Smartfon özündə üçlü arxa kameranı birləşdirəcək və onlardan ən əsası 50 MP-lik olacaq. Həmin kamera üstəlik optik stabilizasiya funksiyasına sahib olacaq. Honor 200-ün ön kamerası da 50 MP-lik olacaq. Məlumatlarda qeyd edilib ki, sözügedən model naqilsiz şarj tenxologiyasını dəstəkləməyəcək. Honor 200 Pro-ya gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edəcək.
         Honor 200 Pro-da barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Məlumata əsasən smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 12 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyanı əldə edəcək və üstəlik 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, bu smartfonların qlobal versiyaları 12 iyun tarixində təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-qlobal-bazarda-teqdimatlari-anons-edilib
    Qatlana bilən qapaqlı Honor Magic V Flip-in render fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-v-flip-in-render-fotosu-teqdim-edilib
    Honor 200 və Honor 200 Pro-nun hansı prosessorları əldə edəcəkləri açıqlanıb
    honor-200-ve-honor-200-pro-nun-hansi-prosessorlari-elde-edecekleri-aciqlanib
    Honor 200 və Honor 200 Pro smartfonlarının xarici görünüşləri rəsmi şəkildə sərgilənib
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-xarici-gorunusleri-resmi-sekilde-sergilenib
    Honor 200 Pro smartfonunun render fotoları ortaya çıxıblar
    honor-200-pro-smartfonunun-render-fotolari-ortaya-cixiblar