main-post-cover

    Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib

    Cihazlar+
    22.05.2024
    Emil Nəcəfov
         Honor şirkətinin Honor 200Honor 200 Pro smartfonlarını hələ heç Çin bazarında təqdim etmədiyi halda o, artıq bu smartfonların qlobal bazarda nə zaman təqdim olunacaqlarını açıqlayıb. Qeyd etmək lazımdır ki, Honor 200 smartfon seriyasının Çindəki təqdimatı 27 may tarixində baş tutacaq. Şirkətin vermiş olduğu rəsmi məlumata əsasən Honor 200 və Honor 200 Pro smartfonları qlobal bazarda 12 iyun tarixində təqdim olunacaqlar.
         Təqdimat tədbiri Parisdə baş tutacaq. Qeyd etmək lazımdır ki, Honor 200 smartfonunun Snapdragon 7+ Gen 3 prosessoru, Honor 200 Pro smartfonunun isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Üstəlik bu smartfonlar kənarları əyilmiş dizaynda hazırlanmış OLED ekranı, 50 MP-lik əsas arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyanı əldə etməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 və Honor 200 Pro-nun hansı prosessorları əldə edəcəkləri açıqlanıb
    honor-200-ve-honor-200-pro-nun-hansi-prosessorlari-elde-edecekleri-aciqlanib
    Honor 200 və Honor 200 Pro smartfonlarının xarici görünüşləri rəsmi şəkildə sərgilənib
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-xarici-gorunusleri-resmi-sekilde-sergilenib
    Honor 200 Pro smartfonunun render fotoları ortaya çıxıblar
    honor-200-pro-smartfonunun-render-fotolari-ortaya-cixiblar
    Honor 200 smartfonlarının hansı prosessorlara və hansı gücdə sürətli şarj texnologiyasına sahib olacaqları məlum olub
    honor-200-smartfonlarinin-hansi-prosessorlara-ve-hansi-gucde-suretli-sarj-texnologiyasina-sahib-olacaqlari-melum-olub
    Honor 200 Lite smartfonunun xarici görünüşü sərgilənib və təqdimat tarixi açıqlanıb
    honor-200-lite-smartfonunun-xarici-gorunusu-sergilenib-ve-teqdimat-tarixi-aciqlanib