
Honor 300 Pro-nun fotoları ortaya çıxıb və texniki imkanları təqdim olunub
Cihazlar+
22.11.2024
Emil
Honor şirkəti Honor 300 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya 4 model daxil olacaq. Son günlərdə internetdə seriyanın Honor 300 və Honor 300 Pro+ modelləri barəsində məlumatlar ortaya çıxıb. İndi isə seriyanın Honor 300 Pro modelinin fotoları ortaya çıxıb. Digital Chat Station ləqəbli məşhur insayder isə smartfonun texniki imkanları barəsində məlumat verib. Beləliklə ortaya çıxmış fotolara əsasən Honor 300 Pro smartfonu arxa panel dizaynı baxımından adi Honor 300-dən fərqlənməyəcək.

Çox güman ki, bütün Honor 300 modellərində məhz belə arxa panel dizaynı olacaq. Fotolardan da görmək olar ki, Honor 300 Pro modeli kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və ekran üzərində oval formalı çıxıntı olacaq. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, smartfon 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 50 MP-lik əsas arxa kameraya və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Honor 300 seriyasının bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
