
Honor 300 Pro-nun ilk render fotosu və texniki imkanları təqdim edilib
Cihazlar+
08.08.2024
Emil
Honor şirkəti may ayının sonunda Honor 200 Pro smartfonunu təqdim etdi. İndi isə şirkət onun davamçısı olacaq Honor 300 Pro üzərində çalışır. İnternetdə artıq Honor 300 Pro-nun ilk render fotosu və güman olunan texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış render fotoya əsasən Honor 300 Pro smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək. Smartfonun arxa panelində isə damcı formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd obyektiv mövcud olacaq.
Texniki imkanlara gəldikdə, məlumatda qeyd edilib ki, Honor 300 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 50 qat zoom özəllikli periskop telekameranı birləşdirəcək. Bununla yanaşı smartfonun 100 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareyanı əldə edəcəyi və 66 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir. Honor 300 Pro-nun nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
