Logo
    main-post-cover

    Honor 300 smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    26.11.2024
    Emil
         Honor şirkəti Honor 300 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons edib. Beləliklə şirkətin rəsmi anonsuna əsasən Honor 300 seriyası 2 dekabr tarixində Çində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya üç model daxil olacaq. Honor 300, Honor 300 ProHonor 300 Ultra. Onların hamısı ümumi olaraq xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər. Bununla yanaşı Honor rəsmi şəkildə təsdiqləyib ki, Honor 300 seriyasında Snapdragon 8 Gen 3 prosessorundan istifadə ediləcək. Çox güman ki, bu prosessoru Honor 300 Pro və Honor 300 Ultra və ya yalnız Honor 300 Ultra əldə edəcək. Honor 300-ün isə Snapdragon 7 Gen seriyasına daxil olan prosessorlardan biri vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş