
Honor 300 smartfonları barəsində rəsmi məlumatlar təqdim edilib
Cihazlar+
20.11.2024
Emil
Honor şirkəti hal-hazırda Honor 300 smartfonları üzərində çalışır. Son günlərdə bu smartfon seriyası barəsində bəzi məlumatlar ortaya çıxıb. İndi isə şirkət özü Honor 300 smartfonları barəsində bəzi rəsmi məlumatları təqdim edib. Beləliklə şirkətin sözlərinə əsasən Honor 300 smartfonları nazik yastı ekranı əldə edəcəklər. Nazik yastı ekranla yanaşı Honor 300 smartfonu Snapdragon 7 seriyasının prosessorlarından biri vasitəsilə çalışacaq və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək.
Honor-un marketinq üzrə direktorunun sözlərinə əsasən Honor 300 seriyası əsas funksiyaların itirilməməsi şərti ilə əlçatan olmağa istiqamətlənib. Bununla yanaşı məlumata əsasən Honor 300 seriyasında barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Son məlumat sızıntılarına əsasən bu seriyaya 4 model daxil olacaq və onlardan biri də Honor 300 Pro modeli olacaq. Honor 300 Pro modelinin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 1.5K keyfiyyətli ekranı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
