
Honor 300-ün rəsmi fotoları təqdim edilib
Cihazlar+
21.11.2024
Emil
Hələ təqdim edilməmiş Honor 300 smartfon seriyası barəsində son günlərdə çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə Honor şirkəti Honor 300-ün rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun müxtəlif rənglərdə yalnız arxa paneli əks olunub. Bu fotolar sayəsində smartfonun xarici görünüşünü qiymətləndirmək olar. Fotolara əsasən smartfon yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində qeyri-adi formada kamera sahəsi yerləşəcək.

Kamera sahəsinin daxilində isə iki ədəd kamera mövcud olacaq. Şirkət rəsmi şəkildə təsdiqləyib ki, smartfon 4 versiyada satışa çıxacaq. Birinci versiya 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, üçüncü versiya 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə, dördüncü versiya isə 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Bundan əlavə olaraq şirkət bildirib ki, Honor 300-ün gövdə qalınlığı 6.97 mm təşkil edəcək. Şirkət Honor 300 seriyasını nə zaman təqdim edəcəyini açıqlamayıb. Lakin bunun yaxın zamanda baş tutacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
