
Honor 400 Lite smartfonunun ilk render fotosu və bəzi texniki imkanları təqdim edilib
Cihazlar+
20.02.2025
Emil
Honor şirkəti hal-hazırda Honor 400 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor 400 Lite olacaq. İndi isə sözügedən modelin render fotosu və bəzi məlumatlar təqdim edilib. Təqdim edilmiş render fotoya əsasən Honor 400 Lite smartfonu yastı gövdə dizaynını əldə edəcək. Smartfonun ekranı üzərində oval formalı çıxıntı hissə yerləşəcək. Məlumatda qeyd edilib ki, bu yeni smartfon Full HD+ keyfiyyətli ekranla təchiz olunacaq və MediaTek Dimensity 7025 prosessoru vasitəsilə çalışacaq.

Üstəlik smartfon özündə 8 GB RAM-ı birləşdirəcək. Məlumata əsasən Honor 400 Lite smartfonu MagicOS 9.0 interfeysli Android 15 əməliyyat sisteminə sahib olacaq. Gözləntilərə əsasən Honor 400 smartfon seriyası may ayında təqdim olunacaq. Bu seriyaya Honor 400 Lite ilə birlikdə Honor 400 və Honor 400 Pro modellərinin də daxil olacaqları güman edilir. Bəzi məlumatlara əsasən Honor 400 modeli Snapdragon 7 Gen 3 prosessoru, Honor 400 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Mənbə: 91mobiles
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
