Logo
    Honor 400 Smart 5G smartfonu təqdim edilib

    Honor 400 Smart 5G smartfonu təqdim edilib

    Cihazlar+
    08.08.2025
         Honor şirkəti Honor 400 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Honor 400 Smart 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor 400 Smart 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1610x720 piksel keyfiyyətli 6.77 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Bundan əlavə olaraq Honor 400 Smart 5G-nin gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor 400 Smart 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 400 Smart 5G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor 400 Smart 5G smartfonu təqdim edilib