Logo
    main-post-cover

    Honor 400 və 400 Pro-nun fotoları ilə texniki imkanları təqdim edilib

    Cihazlar+
    17.04.2025
    Emil
         2025-ci ilin aprel ayının əvvəlində Honor 400 Lite modelini təqdim etmiş Honor şirkəti, qısa müddət ərzində Honor 400 Honor 400 Pro smartfon modellərini qlobal bazara çıxarmağa hazırlaşır. Təqdimatdan öncə 91mobiles saytı bu yeni cihazların əsas texniki xüsusiyyətlərini və dizaynını yayımlayıb. Mənbəyə görə, Honor 400 Pro modeli Qualcomm Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 120 Hz-lik təsvir yenilənməsinə və 5000 nit maksimal parlaqlıq səviyyəsinə sahib 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Cihaz özündə 5300 mAh enerji tutumlu batareyanı birləşdirəcək və 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
         Məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası 200 MP-lik olacaq və o, optik stabilizasiya (OIS) funksiyasına malik olacaq. Bu da çətin işıqlandırma şəraitində belə yüksək keyfiyyətli fotolar vəd edir. 200 MP-lik əsas arxa kameradan əlavə olaraq 12 MP-lik ultra genişbucaqlı kamera və OIS ilə təchiz olunmuş 50 MP-lik teleobyektiv də reallaşdırılacaq. Cihazın gövdəsi IP68/69 standartlarına uyğun olaraq suya və toza tam davamlı olacaq. Honor 400 Pro modelinin gövdə qalınlığı 8.1 mm, çəkisi isə 205 qram təşkil edəcək.
         HONOR 400 modelinə gəldikdə, o, 120 Hz-lik təsvir yenilənmməsinə və 5000 nit maksimal parlaqlıq səviyyəsinə sahib 6.55 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Bu model Snapdragon 7 Gen 3 prosessoru ilə təchiz olunacaq. Kamera sistemi isə eyni 200 MP əsas kamera və 12 MP ultra genişbucaqlı kamera şəklində əks olunacaq. Honor 400 özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Honor 400 modelinin gövdəsi Pro versiyası ilə müqayisədə bir qədər nazik və yüngül olacaq - qalınlıq 7.3 mm, çəki isə 184 qram təşkil edəcək.
    Mənbə: 91mobiles
    Paylaş