
Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
Cihazlar+
23.05.2025
Emil
Honor şirkəti Honor 400 smartfon seriyasını təqdim edib. Bu yeni smartfon seriyasına iki mdel daxil olub. Honor 400 və Honor 400 Pro. Hər iki model xarici görünüşcə demək olar bir-birinə bənzəyir. Lakin onlar texniki imkanlar baxımından fərqlənirlər. İlk öncə Honor 400 modelinə nəzər yetirək. Beləliklə Honor 400 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2736x1264 piksel keyfiyyətli 6.55 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik Honor 400-ün gövdəsi IP66 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda Honor 400 özündə 200 MP + 12 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə Honor 400 Pro modelinə nəzər salaq. Beləliklə Honor 400 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1280 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Üstəlik Honor 400 Pro-nun gövdəsi IP68/69 standartları üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor 400 Pro özündə 200 MP + 12 MP + 50 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor 400 smartfonları artıq satışa çıxıblar. Honor 400-ün qiyməti 499 avrodan başlayır, Honor 400 Pro-nun qiyməti isə 799 avro təşkil edir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
