Logo
    main-post-cover

    Honor 50X smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    25.06.2023
    Emil
        Honor şirkətinin hal hazırda hazırladığı yeni smartfonlar arasında Honor 50X modeli də var. İndi isə şirkət sözügedən smartfonun təqdimatını anons edib. Beləliklə Honor 50X smartfonu 5 iyul tarixində təqdim ediləcək. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində smartfon barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən Honor 50X OLED ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Bununla yanaşı smartfon özündə 108 MP-lik əsas arxa kameranı birləşdirəcək. Daha öncə olmuş məlumat sızıntılarında qeyd edilmişdi ki, Honor 50X smartfonu Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər