Reklam
Honor 70, 70 Pro və 70 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Honor 70, 70 Pro və 70 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
31.05.2022 PAYLAŞIM

    Honor şirkəti yeni Honor 70 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına Honor 70, Honro 70 Pro Honor 70 Pro+ modelləri daxil olublar. Honor 70 seriyasına daxil olan smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də, onlar bəzi texniki özəlliklərə görə fərqlənirlər. Honor 70 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunduğu bir vaxtda Honor 70 Pro ilə Honor 70 Pro+ modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfyyətli 6.78 düym OLED ekran ilə təchiz olunublar. Hər 3 smartfonda ön kamera ekranın yuxarı mərkəz hissəsində yerləşdirilmiş kiçik dairəvi çıxıntıya inteqrasiya edilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da hər 3 smartfonda birbaşa ekrana yerləşdirilib.


    Adi Honor 70 modelində mono səsgücləndiricilər, Honor 70 Pro modellərində isə stereo səsgücləndiricilər reallaşdırılıb. Hər 3 smartfonda kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi mövcuddur. Texniki özəlliklər baxımından Honor 70 modeli 6 naonmetrli 8 nüvəli Snapdragon 778G+ prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 54 MP + 50 MP (122 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP-lik (100 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Honor 70 Pro modellərinin arxa kamera göstəriciləri adi Honor 70-in arxa kamera göstəriciləri ilə eynidir. Honor 70 Pro modeli 8 nanometrli 8 nüvəli MediaTek Dimensity 8000 prosessoru, Honor 70 Pro+ modeli isə 4 nanometrli 8 nüvəli MediaTek Dimensity 9000 prosessoru ilə təchiz olunub.

    Honor 70 Pro-nun 256/512 GB daxili yaddaşa sahib olduğu halda Honor 70 Pro+ yalnız 256 GB daxili yaddaş həcminə sahibdir. RAM yaddaşı da bütün Honor 70 modellərində eynidir. Honor 70 Pro modellərini adi Honor 70-dən fərqləndirən daha bir özəllik ön kamera ilə bağlıdır. Belə ki, Pro modellər 50 MP-lik (100 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya) ön kamera ilə təchiz olunublar. Batareya həcminə gəldikdə isə Pro modellər 100 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdirlər. Hər 3 smartfon Magic UI 6.1 interfeysli Android 12 vasitəsilə çalışır. Yeni Honor 70 smartfonları iyun ayının əvvəlində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 - 400$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 - 450$

- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 70 - 510$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 Pro - 555$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 70 Pro - 600$

- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 70 Pro -660$

- 8 GB RAM-a sahib Honor 70 Pro+ - 645$

- 12 GB RAM-a sahib Honor 70 Pro+ - 690$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing Phone (1)-in hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub..

Nothing şirkətinin rəhbəri Carl Pei təqdimata hazırlaşan Nothing Phone (1)-in ən vacib özəlliyi barə..


Məşhur jurnalist: 'iPhone 14 Pro modellərində çoxdan gözlənilən Always on Displa..

Bloomberg saytının jurnalisti Mark Gurman bildirib ki, iPhone 14 Pro və iPhone 14 Pro Max modellərin..


Nothing Phone (1)-in satış qiymətləri barəsində məlumat verilib

Son zamanlar Nothing Phone (1) barəsində məlumatlar daimi şəkildə ortaya çıxır.


HTC metakainat üçün nəzərdə tutulmuş Desire 22 Pro adlı yeni smartfonunu təqdim ..

HTC şirkəti söz verdiyi kimi Viverse adlı metakainata qoşulmaq üçün nəzərdə tutulmuş Desire 22 Pro a..


Xiaomi 12 Lite smartfonunun qutu açılışı videosu ortaya çıxıb (VİDEO)

Xiaomi 12 smartfonunun Lite modelinin təqdimatını gözləmədən insayderlər onun qutu açılışı videosunu..


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..

×