Logo
    main-post-cover

    Honor 80 flaqman smartfon seriyasının təqdimat tarixi elan edilib

    Cihazlar+
    14.11.2022
    Emil
        Honor şirkəti yeni flaqman smartfon seriyası Honor 80-nin təqdimat tarixini elan edib. Təqdimat 23 noyabr tarixində baş tutacaq. Bununla yanaşı şirkət Honor 80 seriyasına daxil olacaq smartfonlardan birinin rəsmi tizer videosunu da sərgiləyib. Təqdim edilmiş videodan da görmək olar ki, Honor 80 modellərindən birinin ekranı üzərində çıxıntı hissə qeyri-adi şəkildə reallaşdırılacaq. Beləliklə Honor 80 modellərindən biri kənarları əyilmiş dizaynda reallaşdırılmış ekran ilə təchiz olunacaq.
        Ekranın yuxarı mərkəz hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdiriləcək və o, oval formada olacaq. Sərgilənmiş Honor 80 modelinin arxa paneli mavi rəngdədir və xüsusi naxışlar ilə bəzədilib. Arxa kamera dizaynına gəldikdə isə o, Honor 70-in arxa kamera dizaynını xatırladır. Son məlumat sızıntılarına əsasən Honor 80 modelləri Super AMOLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaqlar. Honor 80 Pro modellərinin isə həmçinin 160 MP-lik əsas arxa kameraya sahib olacaqları gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər