Honor 80 GT flaqman smartfonu və Honor Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Honor 80 GT flaqman smartfonu və Honor Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
27.12.2022 PAYLAŞIM

    İlin sonuna sayılı günlər qalmış Honor şirkəti öz yeni flaqman smartfon modelini təqdim edib. Söhbət, Honor 80 GT-dən gedir. Təqdim edilmiş Honor 80 GT smartfonu Honor şirkətinin smartfonlar siyahısında hələ ki, ən güclü cihaz hesab edilir. Sözügedən smartfon Qualcomm-un flaqman prosessorunu və yüksək təsvir yenilənməsinə sahib ekranı əldə edib. Beləliklə Honor 80 GT modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 1400 nit təşkil edir.


    Smartfon özündə həmçinin barmaq izi skanı texnologiyasını və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından Honor 80 GT modeli Snapdragon 8+ Gen 1 prosessoru, 12/16 GB RAM, 256 GB daxili yaddaş həcmi, 54 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MagicOS 7.0 interfeysli Android 12 vasitəsilə çalışır. Honor 80 GT 30 dekabr tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı barəsində məlumat verilməyib. Smartfonun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 12 GB RAM-a sahib model - 474$

- 16 GB RAM-a sahib model - 517$.

    Honor 80 GT ilə yanaşı şirkət həmçinin Honor Band 7 smart qolbağını da təqdim edib. Digər smart qolbaq brendlərindən fərqli olaraq bir qədər böyük ölçülü ekrana sahib Honor Band 7 bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışma və smartfonu uzaqdan idarəetmə funksiyası ilə diqqəti cəlb edir. Honor Band 7-nin gövdəsi plastik materialdan hazırlanıb və o özündə 1.47 düym AMOLED ekranı birləşdirir. Bununla yanaşı qolbağın ekranı 2.5D qoruyucu şüşə ilə əhatə edilib. Şirkətin verdiyi məlumata əsasən Honor Band 7 smart qolbağı 14 gün ərzində çalışa bilir və 96 növ idman rejimini dəstəkləyir.

    Əlavə olaraq qolbaq vasitəsilə smartfonun kamerasını uzaqdan idarə etmək mümkündür. Bu funksiya əsasən distant çəkiliş zamanı faydalı ola bilər. Digər smart qolbaqlar kimi Honor Band 7 də ürək döyüntülərini, qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu keyfiyyətini monitorinq edə bilər. Həmçinin qolbaq smartfonda oxudulan musiqini dəyişmək imkanını təqdim edir. Honor Band 7 yaxın günlərdə Çində 36$ qiymətində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...

×