
Honor 80-nin 160 MP-lik əsas kamerası ilə çəkilmiş foto təqdim edilib
Cihazlar+
17.11.2022
Emil
23 noyabr tarixində təqdim ediləcək Honor 80 smartfonu mobil bazarda ilk dəfə olaraq 160 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. İndi isə internetdə həmin kamera ilə çəkilmiş ilk foto ortaya çıxıb. İlk foto 14592x10944 piksel keyfiyyətindədir. Bu cür şəklin həcmi 61.6 MB təşkil edir. İkinci şəkil isə birinci şəklin crop olunmuş versiyasıdır. Təəssüflər olsun ki, internetdə ortaya çıxan bu fotoların həcmləri daha öncədən aşağı endirilib. Cropdan sonra fotonun yüksək səviyyəli detallara sahib olduğunu söyləmək olmaz. Lakin hər halda söhbət, diqqət çəkəcək səviyyədə olan zoom-dan gedir. Kameranın nə dərəcədə yüksək keyfiyyətli fotolar çəkdiyi artıq təqdimatdan sonra məlum olacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
