Logo
    main-post-cover

    Honor 80 smartfonlarından biri 160 MP-lik əsas arxa kamera ilə təchiz oluna bilər

    Cihazlar+
    09.11.2022
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Honor şirkəti yeni flaqman smartfon seriyası üzərində çalışır. Söhbət, Honor 80 seriyasından gedir. Sözügedən yeni flaqman smartfon seriyası 23 noyabr tarixində təqdim edilə bilər. İnsayder qeyd edib ki, Honor 80 seriyasına daxil olacaq smartfonlardan biri 160 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda bazarda 160 MP-lik kamera sensoru hələki yoxdur.
        Sadəcə olaraq güman etmək olar ki, Honor 80 smartfonlarından biri Samsung-un 200 MP-lik kamera sensoru əsasında hazırlanmış kastom kamera sensoru ilə təchiz olunacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon hal hazırda aktual olan Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Digital Chat Station bu özəllikləri hansı Honor 80 modelinin əldə edəcəyi barəsində məlumat verməyib. Çox güman ki, söhbət, Honor 80 Pro və ya Honor 80 Pro+ modelindən gedir.
    Paylaş
    Bənzər xəbərlər