Logo
    main-post-cover

    Honor 80 smartfonu Qualcomm-un hələ təqdim edilməmiş prosessoru vasitəsilə çalışacaq

    Cihazlar+
    21.11.2022
    Emil
        23 noyabr tarixində Honor şirkətinin təqdim edəcəyi Honor 80 smartfon seriyasına daxil olacaq modellərdən biri də adi Honor 80 olacaq. İndi isə məlum olub ki, adi Honor 80 modeli Qualcomm-un hələ təqdim edilməmiş Snapdragon prosessoru ilə təchiz olunacaq. Şirkət tərəfindən təqdim edilmiş reklam posterinə əsasən adi Honor 80 smartfonu Snapdragon 782G prosessorunu əldə edəcək. Lakin məsələ burasındadır ki, Qualcomm-un Snapdragon seriyasında hələ belə bir prosessor mövcud deyil. Buna görə də onun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Hal hazırda Qualcomm-un Snapdragon seriyasında Snapdragon 778G, 778G Plus Snapdragon 7 Gen 1 prosessorları var. Snapdragon 782G-nin adından belə qənaətə gəlmək olar ki, o, Snapdragon 778G-dən bir qədər sürətli olmalıdır. Heç istisna deyil ki, yeni prosessor məhz Honor 80 smartfon seriyasının təqdimatı çərçivəsində təqdim edilsin.
    Paylaş
    Bənzər xəbərlər