Logo
    main-post-cover

    Honor 90 ilə Honor 90 Pro-nun dizaynı sərgilənib

    Cihazlar+
    16.05.2023
    Emil
        Son məlumatlara əsasən Honor şirkəti yaxın zamanda Honor 90 smartfon seriyasını təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon seriyasına daxil olacaq smartfonları özündə əks etdirən render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda Honor 90 və Honor 90 Pro smartfonları əks olunublar. Fotodan da görmək olar ki, adi Honor 90 modelinin arxa panelində kameralar iki ədəd dairəvi sahənin daxilində, Honor 90 Pro-da isə iki ədəd altı bucaqlı sahənin daxilində yerləşəcəklər. Məlumat sızıntılarına əsasən Honor 90 Pro modeli 1.5K keyfiyyətli ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Honor 90 smartfon seriyası artıq 29 may tarixində təqdim oluna bilər.
    Paylaş
    Bənzər xəbərlər