
Honor 90 ilə Honor 90 Pro təqdim olunub - QİYMƏTİ
Cihazlar+
30.05.2023
Emil
Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra Honor şirkəti sonunda Honor 90 smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya Honor 90 ilə yanaşı Honor 90 Pro da daxil olub. İlk öncə Honor 90-dan başlayaq. Honor 90 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2664x1200 piksel keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından Honor 90 modeli Snapdragon 7 Gen 1 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 200 MP (f/1.9 diafraqma) + 12 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi, avtofokus) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 50 MP-lik (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

İndi isə keçək Honor 90 Pro-ya. Honor 90 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1224 piksel keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edir. Honor 90 Pro-da da barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

Əsas texniki özəlliklərə gəldikdə isə Honor 90 Pro modeli Snapdragon 8+ Gen 1 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 200 MP (f/1.9 diafraqma) + 12 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi, avtofokus) + 32 MP (f/2.4 diafraqma, optik və elektron stabilizasiya) üçlü arxa kamera, 50 MP + 2 MP ikili ön kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Bu yeni smartfonlar 7 iyun tarixində Çində satışa çıxacaqlar. Onların qlobal bazarda satılıb-satılmayacaqları bilinmir. Honor 90 ilə Honor 90 Pro-nun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 90 - 355$
- 16 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 90 - 395$
- 16 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 90 - 425$
- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 90 Pro - 465$
- 16 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 90 Pro - 510$
- 16 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 90 Pro - 550$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
