
Honor 90 Lite smartfonu təqdim olunub
Honor şirkəti Honor 90 smartfon seriyasının qlobal versiyasından öncə qlobal bazarda Honor 90 Lite smartfonunu təqdim edib. Bu yeni smartfon Honor 90 seriyası üçün xas olan dizaynı və balanslaşdırılmış texniki göstəriciləri əldə edib. Beləliklə Honor 90 Lite modeli 90 Hz-lik təsvir yenilənmsəinə sahib Full HD+ keyfiyyətli 6.7 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi də birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor 90 Lite modeli MediaTek Dimensity 6020 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Şirkət Honor 90 Lite modelinin nə zaman və hansı qiymətə satışa çıxacağını söyləməyib. Böyük ehtimal ilə bu məlumatlar Honor 90-ın qlobal versiyasının təqdimatı zamanı təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər