
Honor şirkəti artıq rəsmi şəkildə elan edib ki, Honor 90 smartfon seriyası 29 may tarixində təqdim olunacaq. Sözügedən seriyaya Honor 90 ilə Honor 90 Pro modelləri daxil olacaqlar. İndi isə Honor 90 Pro modelinin real fotoları ortaya çıxıb. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Honor 90 Pro modeli 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. İndi isə şirkət təsdiqləyib ki, 200 MP-lik əsas arxa kameranı həm Honor 90 Pro ilə yanaşı həmçinin Honor 90 da əldə edəcək.