
Müəyyən müddət ərzində olmuş məlumat sızıntılarından sonra Honor şirkəti Honor 90 smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Honor 90 smartfon seriyası 29 may tarixində təqdim ediləcək. Sözügedən seriyaya minimum iki smartfon daxil olacaq. Söhbət, Honor 90 və Honor 90 Pro-dan gedir. Honor 90 modeli barəsində hələ heç bir məlumat yoxdur. Honor 90 Pro-ya gəldikdə isə son məlumat sızıntılarına əsasən sözügedən smartfon 1.5K keyfiyyətli AMOLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq.