
Honor 90 smartfonları barəsində məlumatlar verilib
Hələ fevral yaında məlumat ortaya çıxmışdı ki, Honor şirkəti 200 MP-lik kameraya sahib yeni smartfonlar üzərində çalışır. Həmin vaxtda güman edilirdi ki, söhbət, Honor 90 smartfon seriyasından gedir. Digital Chat Station ləqəbli məşhur insayder isə bunu təsdiqləyib. İnsayder bildirib ki, Honor 200 MP-lik kameraya sahib Honor 90 smartfonları üzərində çalışır. Bununla yanaşı o, sözügedən smartfonların sahib olacaqları prosessor modelləri barəsində də məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən adi Honor 90 modeli Snapdragon 7 Gen 1, Honor 90 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Honor 90 smartfon seriyası may və ya iyunda təqdim oluna bilər.
Paylaş
Bənzər xəbərlər