
Honor şirkəti hal hazırda Honor 90 smartfon seriyası üzərində çalışır. Bu seriyaya Honor 90 ilə birlikdə həmçinin Honor 90 Pro da daxil olacaq. İndi isə sözügedən smartfonlar Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçmiş smartfonlardan biri Honor REP-AN00, digəri isə Honor REA-A00 model nömrəsinə sahibdir. Böyük ehtimal ilə birinci model nömrəsi Honor 90 Pro-ya, ikinci model nömrəsi isə Honor 90-a aiddir.
Bəzi məlumatlara əsasən Honor 90 Pro modeli 90 vatt gücündə, adi Honor 90 modeli isə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bununla yanaşı Honor 90 Pro-nun Snapdragon 8+ Gen 1 prosessoru və 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacağı gözlənilir. Honor 90 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.