Honor 90 smartfonlarının ön panellərini sərgiləyən render fotosu təqdim edilib

Honor 90 smartfonlarının ön panellərini sərgiləyən render fotosu təqdim edilib

Mobil Cihazlar
19.05.2023 PAYLAŞIM

    Honor 90 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. İnsayderlər sözügedən smartfon seriyasına daxil olacaq modellərin yeni görüntülərini özündə əks etdirən render fotonu təqdim ediblər. Qeyd etmək lazımdır ki, Honor 90 smartfon seriyasına adi Honor 90 ilə yanaşı Honor 90 Pro da daxil olacaq. Daha öncəki fotolarda bu smartfonların yalnız arxa panelləri sərgilənirdi. Yeni render fotoda isə onların ön panelləri də əks olunublar.


    Fotodan da görmək olar ki, Honor 90 Pro-nun ekranı üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı hissə yerləşəcək. Adi Honor 90 modelinin ekranı üzərində isə kiçik dairəvi çıxıntı mövcud olacaq. Bununla yanaşı Honor 90 modeli ikili arxa kamera, Honor 90 Pro isə üçlü arxa kamera ilə təchiz olunacaq. Honor 90-nın texniki özəllikləri barəsində məlumat yoxdur. Honor 90 Pro-ya gəldikdə isə onun OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacağı gözlənilir.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×