main-post-cover

    Honor Band 9 smart qolbağı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    19.03.2024
    Emil Nəcəfov
         Honor şirkəti Honor Watch GS 4 smart saatı ilə yanaşı üstəlik Honor Band 9 adlı yeni smart qolbağını da təqdim edib. Beləliklə Honor-un bu yeni smart qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 402x256 piksel keyfiyyətli 1.57 düym düzbucaqlı AMOLED ekran ilə təchiz olunub. Smart qolbağın gövdəsi plastik materialdan hazırlansa da, onun kənar hissələri metaldandır. Honor Band 9-un gövdəsi 5ATM standartı üzrə sudan qorunur. O, ürək döyüntüləri tezlikləri ilə qandakı oksigen miqdarını ölçə bilir və istifadəçinin yuxu ilə stress səviyyəsini monitorinq edir. Bununla yanaşı smart qolbaq 96 idman rejimini dəstəkləyir. Honor Band 9 həm Android həm də iOS cihazlara qoşula bilir. O, bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışır. Smart qolbaq artıq Çin bazarında 35$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Watch GS 4 smart saatı təqdim edilib - QİYMƏTİ
    honor-watch-gs-4-smart-saati-teqdim-edilib-qiymeti
    Honor Magic 6 RSR Porsche Design və Magic 6 Ultimate Edition premium smartfonları təqdim olunub - QİYMƏTİ
    honor-magic-6-rsr-porsche-design-ve-magic-6-ultimate-edition-premium-smartfonlari-teqdim-olunub-qiymeti
    Honor Magic 6 Porsche Design smartfonunun fotosu təqdim edilib
    honor-magic-6-porsche-design-smartfonunun-fotosu-teqdim-edilib
    Honor Magic 6 Ultimate Edition-un fərqləndirici özəlliklərindən biri açıqlanıb
    honor-magic-6-ultimate-edition-un-ferqlendirici-ozelliklerinden-biri-aciqlanib
    Honor Magic 6 Ultimate Edition-un yeni fotoları təqdim olunub
    honor-magic-6-ultimate-edition-un-yeni-fotolari-teqdim-olunub