
Honor Band 9 smart qolbağı təqdimata hazırlaşır
Cihazlar+
12.03.2024
Emil
Honor şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, 18 mart tarixində Honor Magic 6 Ultimate Edition smartfonunu təqdim edəcək. 18 mart tarixində həmçinin Honor Magic 6 RSR Porsche Design modelinin də təqdim olunacağı gözlənilir. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, Honor Çinin Weibo adlı sosial şəbəkəsində bildirib ki, o, 18 mart tarixində üstəlik Honor Band 9 smart qolbağını da təqdim edəcək. Məlumatda qeyd edilib ki, təqdimata hazırlaşan Honor Band 9 smart qolbağı düzbucaq dizaynını əldə edəcək və 3 gövdə rəngində satışa çıxacaq. Smart qolbağın texniki özəllikləri barəsində bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, Honor Band 9 AMOLED ekranı əldə edəcək və istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
