
Honor büdcəli Honor X50i smartfonunun təqdimatını anons edib
Honor şirkəti yeni büdcəli smartfonunun təqdimatını anons edib. Söhbət, Honor X50i-dan gedir. Şirkət tərəfindən təqdim edilmiş rəsmi posterə əsasən Honor X50i smartfonunu 21 aprel tarixində təqdim edəcək. Təqdimat Çində baş tutacaq. Son məlumatlara əsasən Honor X50i smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli LCD ekran, MediaTek Dimensity 6020 prosessoru, 8/12 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi, 100 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...