Honor CEO-su şirkətin yeni smartfonlarına Google servislərinin gəlib-gəlməyəcəklərindən danışıb

Honor CEO-su şirkətin yeni smartfonlarına Google servislərinin gəlib-gəlməyəcəklərindən danışıb

Mobil Cihazlar
28.01.2021 PAYLAŞIM

    Artıq Huawei tərkibində fəaliyyət göstərən brend rolundan ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor keçən həftə V40 flaqman smartfonunu təqdim etmişdi. Bir çoxlarını maraqlandıran əsas sual isə ondan ibarət idi ki, bu yeni smartfonda Google servisləri dəstəklənəcək yoxsa yox? Bu sualın cavabını Honor şirkətinin CEO-su verib. Çinin South China Morning Post saytına müsahibə verən zaman Honor şirkətinin general direktoru Zhao Ming yeni Honor smartfonlarının Google servislərinə sahib olub-olmayacaqları sualına cavab verib.

    Müsahibə çərçivəsində o, dəqiq bir cavab verməsə də qeyd edib ki, Honor şirkəti artıq Google ilə danışıqlar aparır və yaxın zamanda iki şirkət arasındakı əməkdaşlığın yenidən bərpasına ümid edir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məlum oldu ki, Honor şirkəti artıq AMD, Qualcomm, Intel, MediaTek, Micron Technology, Samsung, Sony SK Hynix kimi şirkətlərlə əməkdaşlıq müqaviləsi bağlayıb.


    Bu səbəbdən də Honor-un Google ilə yenidən əməkdaşlıq etmə ehtimalı çox yüksəkdir. Bununla yanaşı Zhao Ming ABŞ hökuməti tərəfindən Honor şirkətinə qarşı ola biləcək sanksiyalar barəsində də fikirlərini söyləyib. “Məişət əşyalarının istehsalı ilə məşğul olan adi şirkətə qarşı məhdudlaşdırıcı qərarların verilməsində bir səbəb yoxdur. Biz, intellektual mülkiyyət üzrə ödənişlər və vergilər də daxil olmaqla qlobal biznes qaydalarına riayət edirik. Bizim normativ tələblərə nəzarət edən şöbəmiz mövcuddur” - deyə Zhao Ming bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×