Logo
    main-post-cover

    Honor Çinin qatlana bilən smartfonlar bazarının liderinə çevrilib

    Cihazlar+
    29.11.2023
    Emil
         Honor şirkəti Çin və qlobal bazarlarda mövqelərini gücləndirməyə davam edir. Bununla yanaşı şirkət qatlana bilən smartfonlar bazarında da olduqca uğurlu nəticələr sərgiləyir. Analitiklərin təqdim etmiş olduqları yeni məlumata əsasən Honor bu ilin yekunu üzrə 1 milyon ədəd qatlana bilən smartfon istehsal edəcək. Məlumata əsasən bu cür nailiyyətin əsas səbəbkarı isə Honor Magic V2 smartfonu olub. Belə ki, sözügedən smartfon bu ilin üçüncü rübündə Çin bazarında ən çox satılmış qatlana bilən smartfon olub. Honor-un satılmış bütün qatlana bilən smartfonlarının 80%-i Honor Magic V2-nin payına düşüb. Nəticədə şirkət bu ilin üçüncü rübünün sonlarında Çinin qatlana bilən smartfonlar bazarının liderinə çevrilib. Belə ki, şirkət Çində bu bazarın 28%-ə sahibdir. Huawei isə ondan 2% geridə qalır.
    Paylaş