
Honor giriş seqmentinə aid yeni smartfonun təqdimatına hazırlaşır
Cihazlar+
21.07.2023
Emil
İnsayderlərin verdikləri məlumata əsasən Honor şirkəti Avropa bazarında giriş seqmentinə aid olacaq Honor X5 Plus adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İnsayderlər sözügedən yeni smartfonun render fotolarını və texniki göstəricilərini təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən Honor X5 Plus smartfonu 1612x720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunacaq. Smartfon MediaTek Helio G36 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 64 GB daxili yaddaş həcmini və 5200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Honor X5 Plus 50 MP + 2 MP ikili arxa kameraya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir. Lakin gözləntilərə əsasən onun satış qiyməti 150 avrodan yüksək olmayacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
