
Honor GT Pro flaqman smartfonu təqdim edilib - QİYMəti
Cihazlar+
23.04.2025
Emil
Honor şirkəti öz yeni flaqman smartfonu Honor GT Pro-nu təqdim edib. Keçən ilin dekabr ayında təqdim edilmiş Honor GT-nin davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor GT Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 6000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Üstəlik Honor GT Pro-nun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/ 1TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor GT Pro özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 7200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor GT Pro artıq Çində satışa çıxıb və onun qiyməti 517$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor X60 GT adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, 2022-ci ilin flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Təqdimatdan 1 gün qabaq Honor GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə açıqlanıb
Honor şirkəti artıq sabah Honor GT Pro adlı yeni flaqman smartfonunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, Honor GT modeli keçən ilin dekabr ayında təqdim olunmuşdu.

Cihazlar+
Honor 400 və 400 Pro-nun fotoları ilə texniki imkanları təqdim edilib
2025-ci ilin aprel ayının əvvəlində HONOR 400 Lite modelini təqdim etmiş Honor şirkəti, qısa müddət ərzində Honor 400 və Honor 400 Pro smartfon modellərini qlobal bazara çıxarmağa hazırlaşır.

Cihazlar+
Honor Tablet GT planşetinin təqdimatı anons edilib
Honor şirkəti yeni planşetinin təqdimatını anons edib. Söhbət, Honor Tablet GT-dən gedir.

Cihazlar+
Honor GT Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib
Honor şirkəti keçən ilin dekabr ayının ortasında Honor GT smartfonunu təqdim etmişdi. İndi isə şirkət Honor GT Pro smartfonunu təqdim etməyə hazırlaşır.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
