Logo
    main-post-cover

    Honor GT smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    09.12.2024
    Emil
         Honor şirkəti öz yeni smartfonunun təqdimatını anons edib. Söhbət, Honor GT-dən gedir. Şirkətin rəsmi anonsuna əsasən bu yeni smartfon 16 dekabr tarixində Çində təqdim olunacaq. Şirkət həmçinin Honor GT-nin fotolarını da təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, Honor GT-nin arxa panelində düzbucaq formasında kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd kamera yerləşəcək. Üstəlik smartfon yastı gövdə dizaynını əldə edəcək. Honor GT-nin texniki imkanları barəsində bir məlumat verilməyib. Lakin bununla belə onun performanslı smartfon olacağı gözlənilir. Güman olunur ki, smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş