Honor ilk geniş qatlanan telefonunu 2027-ci ilin martında təqdim edəcək
“Honor”un rəhbəri Li Jian şirkətin ilk geniş qatlanan smartfonunun 2027-ci ilin martında təqdim olunacağını təsdiqləyib. Telefonla bağlı ilk məlumatlar “Honor 700” seriyasının təqdimatında açıqlanıb. Li Jianın sözlərinə görə, şirkət qatlanan ekran texnologiyasını təkmilləşdirib və yeni modelin ekranında qat izi görünməyəcək.
Li Jian tədbirdə geniş qatlanan telefon almağı düşünənlərə də tövsiyə verib. O, “Apple”ın “iPhone Duo” modelinə baxanlara “Honor”un telefonunu gözləməyi və satışa çıxanda onu sınaqdan keçirməyi məsləhət görüb. “Honor” həmin tədbirdə yeni telefonun adını açıqlamayıb.
Sızan son məlumatlara görə, telefon “Magic V7” adlana bilər. Telefon açıldıqda 7,6 düymlük əsas ekran görünəcək, qatlandıqda isə öndəki 5,5 düymlük ekrandan istifadə etmək olacaq. “Honor” ekran ölçülərini hələ təsdiqləməyib.
Eyni məlumatlara görə, “Magic V7”də 200 MP-lik əsas kamera və uzaqdakı obyektləri linzalarla yaxınlaşdıran periskop tipli kamera olacaq. Batareyanın tutumunun 7000 mAh olacağı gözlənilir. Modelin Çində 9999 yuandan başlayan qiymətlə satışa çıxacağı ehtimal olunur. Bu, təxminən 1470 dollar və ya 2500 manatdır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...