
Honor Magic 5 flaqman smartfonu barəsində ətraflı məlumat verilib
Cihazlar+
07.11.2022
Emil
Bir neçə gün bundan öncə Honor şirkətinin Magic 5 adlı yeni flaqman smartfon modeli barəsində bəzi məlumatlar verilmişdi. Honor hal hazırda Honor Magic 5 smartfon seriyası üzərində çalışır və yaxın zamanda onu təqdim etməlidir. Sözügedən smartfon seriyasına daxil olacaq modellərdən biri də Magic 5 olacaq. İndi isə Magic 5 modeli barəsində daha ətraflı məlumatlar verilib. Verilmiş məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym AMOLED ekran ilə təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edəcək. Bununla yanaşı ekran HDR10+ texnologiyasını dəstəkləyəcək və özündə barmaq izi skanı texnologiyasını birləşdirəcək.
Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic 5 modeli Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP + 54 MP + 50 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutumuş NFC çipi və Bluetooth 5.2 texnologiyasını birləşdirəcək. Honor Magic 5-in Magic UI 7 interfeysli Android 13 vasitəsilə çalışacağı gözlənilir. Satış qiymətinə gəldikdə isə məlumatda qeyd edilib, seçilən konfiqurasiyadan asılı olaraq smartfonun qiyməti 700$-dan 860$-a kimi təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
