main-post-cover

    Honor Magic 5 Pro-nun ekranı DxOMark reytinqində birinci yeri tutub

    Cihazlar+
    01.03.2023
    Farid Pardashunas
        Dünən məlum oldu ki, MWC 2023 sərgisi çərçivəsində təqdim edilmiş Honor Magic 5 Pro flaqman smartfonu DxOMark saytında ən yaxşı kameralara sahib smartfonlar reytinqində birinci yeri tutub. İndi isə DxOMark mütəxəssisləri sözügedən smatfonun ekranını qiymətləndiriblər. Nəticədə Magic 5 Pro həmçinin ekran məsələsində də DxOMark mütəxəssislərini təəccübləndirə bilib.
        Belə ki, smartfonun ekranı təkcə ekranların keyfiyyətləri üzrə ümumi reytinqdə deyil, həmçinin smartfonun öz qiymət kateqoriyasında olan cihazlar arasında ekranların keyfiyyətləri üzrə reytinqdə də birinci yeri tutub. Qeyd etmək lazımdır ki, Honor Magic 5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2848x1312 piksel keyfiyyətli 6.81 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində isə ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib. Smartfonun ekranını müxtəlif şərtlər və ssenarilər çərçivəsində test etmiş DxOMark mütəxəssisləri onun müsbət və mənfi cəhətlərini təyin ediblər. Ekranın müsbət cəhətləri bunlardır:
    - Bütün işıqlandırma şəraitlərində yaxşı parlaqlıq səviyyəsi
    - Çöldə hər hansısa kontentlə iş zamanı yaxşı görünmə keyfiyyəti
    - Toxunuşlara sürətli və dəqiq reaksiya
    - Titrəmə hallarının olmaması.
    Ekranın test edilməsi zamanı aşkar edilmiş mənfi cəhətlər az olsa da onlar mövcuddur. Həmin mənfi cəhətlər bunlardır:
    - Yüksək parlaqlıq rejimində aşağı səviyyəli kontrastlıq
    - Lazımi səviyyədə axıcı olmayan oyun prosesi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər