Logo
    main-post-cover

    Honor Magic 5 smartfon seriyasının təqdimat tarixini elan edib

    Cihazlar+
    07.11.2022
    Emil
        Honor şirkəti öz yeni flaqman smartfon seriyasının təqdimat tarixini elan edib. Söhbət, Honor Magic 5 smartfon seriyasından gedir. Gözləntilərə əsasən bu smartfon seriyasına Magic 5, Magic 5 ProMagic 5 Prestige Edition modelləri daxil olacaqlar. Beləliklə Honor şirkətinin təqdim etmiş olduğu rəsmi tizer posterinə əsasən Magic 5 smartfon seriyası 23 noyabr tarixində təqdim ediləcək. Təqdimat tədbiri Çində keçiriləcək. Bəzi məlumatlara əsasən Magic 5 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı Magic 5 modelləri arasında gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olanları da olacaq.
    Paylaş
    Bənzər xəbərlər