
Honor Magic 6 Pro-nun bəzi imkanları açıqlanıb
Cihazlar+
11.12.2023
Emil
Heç şübhəsiz Honor şirkəti hal hazırda Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya minimum 3 model daxil olmalıdır. Honor Magic 6, Magic 6 Pro və Magic 6 Ultimate. Digər məlumatlara əsasən isə Honor şirkəti üstəlik Honor Magic 6 Porsche Design adlı xüsusi modeli də təqdim edəcək. İndi isə məlum olub ki, seriyanın Honor Magic 6 Pro modeli Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb.
Məlumatlar bazasında qeyd edilmiş məlumata əsasən Honor Magic 6 Pro smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. İnsayderlər bildiriblər adi Honor Magic 6 modeli 66 vatt gücündə, Honor Magic 6 Porsche Design modeli isə 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, Honor Magic 6 Pro ilə Magic 6 Porsche Design modelləri peyk rabitəsi funksiyasını əldə edəcəklər. Adi Honor Magic 6-da isə sözügedən funksiya olmayacaq. Honor Magic 6 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
Display Supply Chain Consultants adlı analitik şirkət bu ilin üçüncü rübü üzrə qatlana bilən smartfonların bütün dünya üzrə satış statistikasını təqdim edib.

Cihazlar+
Honor Magic 6 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Heç kim üçün sirr deyil ki, Honor şirkəti hal hazırda Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Qatlana bilən qapaqlı Honor Magic Flip nə zaman təqdim olunacaq?
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Honor şirkəti Flip form-faktorlu qatlana bilən smartfon üzərində çalışır.

Reklam və Marketinq
HONOR X9b - Heyrətləndirmək üçün yaradılmışdır
HONOR şirkəti yeni X9b smartfonunu təqdim etdi. Əlverişli qiymətə baxmayaraq, yeni məhsul bir sıra maraqlı xüsusiyyətlərə malikdir.

Cihazlar+
Təqdimata hazırlaşan Honor X8b-nin fotoları və texniki göstəriciləri sızdırılıb
Honor şirkəti keçən həftə Honor X7b adlı büdcəli smartfonunu təqdim etdi. İndi isə şirkət Honor X8b-nin təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
