
Honor Magic 6 Pro-nun qlobal versiyası hansı qiymətə satılacaq?
Cihazlar+
15.02.2024
Emil
Honor şirkəti 25 fevral tarixində Honor Magic 6 smartfon seriyasının qlobal versiyasını təqdim edəcək. Qlobal versiyaya adi Honor Magic 6 ilə yanaşı Magic 6 Pro da daxil olacaq. İndi isə insayderlər Magic 6 Pro-nun qlobal versiyasının hansı qiymətə satılacağını açıqlayıblar. İnsayderlər bildiriblər ki, Honor Magic 6 Pro-nun qlobal versiyasının İtaliya və Fransada qiyməti 1299 avro təşkil edəcək. Smartfonun Böyük Britaniyada qiyməti isə 1287 avro olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il Magic 5 Pro-nun Avropa bazarında qiyməti 1199 avro təşkil edirdi. Honor Magic 6 Pro qlobal bazarda yalnız bir versiyada satılacaq. Söhbət, 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
