
Honor Magic 6 Pro qlobal bazarda hansı qiymətə satılacaq?
Cihazlar+
21.02.2024
Emil
Honor şirkəti 25 fevral tarixində Honor Magic 6 smartfon seriyasının qlobal versiyasını təqdim edəcək. Honor Magic 6 seriyasının qlobal versiyasına daxil olacaq modellərdən biri də Honor Magic 6 Pro olacaq. İndi isə insayderlər bu modelin Avropa bazarında hansı qiymətə satılacağını açıqlayıblar. Onların sözlərinə əsasən Honor Magic 6 Pro modeli qlobal bazarda yalnız bir versiyada satışa çıxacaq. Söhbət, 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. İnsayderlərin sözlərinə əsasən Honor Magic 6 Pro-nun Avropada qiyməti 1299 avro təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
