main-post-cover

    Honor Magic 6 Pro-ya aid olduğu iddia edilən foto ortaya çıxıb

    Cihazlar+
    04.12.2023
    Emil Nəcəfov
         Çinin Weibo adlı sosial şəbəkəsində Honor Magic 6 Pro smartfonuna aid olduğu iddia olunan foto ortaya çıxıb. Fotoda smartfonun ön panelinin yuxarı hissəsi əks olunub. Fotodan da görmək olar ki, ekranın yuxarı mərkəz hissəsində oval formalı çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekranın kənar hissələrinin bir qədər əyilmiş dizaynda reallaşdırıldığı hiss olunur. Məlumatda qeyd edilib ki, Honor Magic 6 Pro smartfonu 2K keyfiyyətli OLED ekranla təchiz olunacaq və onun əsas arxa kamerası 50 MP-lik olacaq. Bununla yanaşı əsas arxa kamera dəyişkən diafraqma özəlliyinə sahib olacaq. Artıq rəsmi şəkildə məlumdur ki, Honor Magic 6 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Honor Magic 6 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X50 GT-nin yenilənmiş versiyası təqdimata hazırlaşır
    honor-x50-gt-nin-yenilenmis-versiyasi-teqdimata-hazirlasir
    Honor qlobal bazarda Honor X7b smartfonunu təqdim edib - QİYMƏTİ
    honor-qlobal-bazarda-honor-x7b-smartfonunu-teqdim-edib-qiymeti
    Honor Çinin qatlana bilən smartfonlar bazarının liderinə çevrilib
    honor-cinin-qatlana-bilen-smartfonlar-bazarinin-liderine-cevrilib
    Honor Magic 6-nın vacib texniki imkanlarından biri məlum olub
    honor-magic-6-nin-vacib-texniki-imkanlarindan-biri-melum-olub
    Honor Magic 6 yüksək MP-li periskop kameraya sahib ola bilər
    honor-magic-6-yuksek-mp-li-periskop-kameraya-sahib-ola-biler